Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada kəndə hücum edən canavar 47 yaşlı kişiyə ağır xəsarətlər yetirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Car kəndinin inzibati ərazi vahidinə daxil olan Axaxdərə kəndində baş verib.
Belə ki, həmin kəndin sakini Aydın Qurbanov yaşadığı evin həyətyanı sahəsində canavarla qarşılaşıb. Bu zaman canavar ona hücum edərək çoxsaylı xəsarət yetirib. O, yaxınlarının köməkliyi ilə canavarın pəncəsindən xilas olub və Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirlib.
A.Qurbanova bədəninin müxtəlif nahiyələrinin açıq yarası xəsarətləri diaqnozu qoyulub, müalicəsi xəstəxanada davam etdirilir.
Oxşar xəbərlər
38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu
Bakıda yerləşən 38 saylı poliklinikada rentgen kağızının elektrik "plitəsi" ilə qurudulub. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Vətəndaşın...