Zaqatalada bələdiyyə sədrləri, Göyçayda sahibkarlar cərimə olunub - FOTO

Zaqatalada bələdiyyə sədrləri, Göyçayda sahibkarlar cərimə olunub - FOTO
Foto
Hadisə 3

Zaqatala və Göyçay rayonlarında sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, rayon polis şöbələrinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbirlər zamanı Zaqatala rayonunun Mosul və Çobankol, Göyçayda isə şəhər ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib.

Aşkar edilmiş faktlarla bağlı kəndlərin bələdiyyə sədrləri, Göyçayda isə iki sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokollar tərtib olunub.

Həmçinin, Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarını urnalardan kənara atan şəxslər müəyyən edilərək barələrində inzibati tənbeh tədbirləri görülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Balakəndə 7 bələdiyyə sədri barəsində protokollar tərtib olunub - FOTO

Balakəndə 7 bələdiyyə sədri barəsində protokollar tərtib olunub - FOTO

Balakəndə 7 kəndin bələdiyyə sədrləri barəsində protokollar tərtib olunub. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbua...

19 Hadisə 17:20 30 avqust 2023

Son xəbərlər