Zabratda yağışın fəsadları aradan qaldırılır
Yeniliklərdən dərhal xəbərdar olun
Sabunçu rayonunun Zabrat qəsəbəsində yağışın fəsadları aradan qaldırılır.
BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti və onun tabeliyində olan strukturlar, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin rəhbərliyi ilə işlər aparılır.
Bildirilib ki, ərazidə su nasosları, xüsusi texniki qurğular və ehtiyac olan yerlərə ağır texnikalar cəlb olunub.
Yaranmış vəziyyətlə bağlı yerlərdə BŞİH-in monitorinq qrupu çalışır. Onlar su yığılan əraziləri, problemli ünvanları müəyyənləşdirir, aidiyyəti qurumlara məlumat verirlər.
Beləliklə, intensiv yağışın törətdiyi fəsadları aradan qaldırmaq üçün Bakı şəhərinin bütün məsul qurumları koordinasiyalı şəkildə işləyirlər.
Qeyd edək ki, aprelin 5-6-da Bakı şəhəri və Abşeron yarımadasında yağıntının miqdarı aylıq normadan 4 dəfə artıq olub.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....