Zabratda qəza olub, ölən var
Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Abbasov Mirəli Yolçu oğlunun idarə etdiyi "Toyota Prado" markalı avtomobillə işıqforun yaşıl işığından keçib sola doğru manevr zamanı 2003-cü il təvəllüdlü Ələsgərov Ələsgər Elxan oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub. Nəticədə sürücü Ə.Ələsgərov hadisə yerində öüb.
Sərnişinlər - 2003-cü il təvəllüdlü Rəsulova Sevinc Şükür qızı və 2006-cı il təvəllüdlü Rəsulova Nəzrin Şükür qızı, eləcə də digər sürücü M.Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
Oxşar xəbərlər
Perinatal Mərkəzdə körpələr nəzarətsizlikdən yanıblar? - Sabiq rəhbərdən İLGİNC İFADƏ
Respublika Perinatal Mərkəzində körpələrin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. BAKU.WS-in məlumatına görə, B...