Yüzillərlə yaşı olan tarixi qalanın damına dəmir şifer vurdular - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda yerləşən tarixi Dairəvi Qalanın (Zindan Qala) dam örtüyünə dəmir şifer vurulub.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
İddialara görə, şiferləmə tarixi qalada restavrasiya işləri aparıldıqdan sonra həyata keçirilib.
Qeyd edək ki, Zindan qalası və ya Dairəvi qala - XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsidir. Dairəvi qala və ona bənzəyən ikinci tikili Lənkəran mayakıdır.

Bu iki tikili Lənkəran qala sisteminin cənub və şimal dayaq məntəqələri olublar. Rus işğalından sonra isə Lənkəran qalası dağıdılmış və qalanın dayaq məntəqləri də bir-birindən aralı qalmışdır.
1869-cu ildə şimal dayaq məntəqəsi olan qalanın başına fanar quraşdırılır və binadan mayak kimi istifadə edilməyə başlanılır. Hazırda həmin mayak Xəzər Dəniz Gəmiçiliyinin tabeliyindədir. Cənub dayaq məntəqəsi olan Zindan qala isə 1869-cu ildən 1959-cu ildə qədər həbsxana kimi istifadə olunub. Burada hətta 1903-1904-cü illərdə poçt qatarını qarət etdiyinə görə həbs olunan İosif Stalin də cəza çəkib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə bu qala memarlıq abidələri siyahısına daxil edilərək dövlət tərəfindən mühafizə olunur.
Oxşar xəbərlər
Lənkəran Dairəvi Qalasının dam örtüyü çöküb
Lənkəran şəhərində yerləşən Lənkəran Dairəvi Qalasının (Zindan qala) dam örtüyünün çökməyi ilə bağlı abidə qəzalı vəziyyətdədir. BAKU.WS APA-ya istinadən xəbər...