Yüksək maaşlı işə düzəltmək adı ilə qadınları cinsi istismara məruz qoydu
Yeniliklərdən dərhal xəbərdar olun
Qadınları cinsi istismara məruz qoyan şəxsə hökm oxunub.
BAKU.WS bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşları olan qadınları Türkiyədə yüksək məvacibli işə düzəldəcəyi adı ilə aldadaraq Konya şəhərinə aparıb, orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Sabirabad rayon sakini Kəmalə Cəfərova tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmünə əsasən, K.Cəfərova Cinayət Məcəlləsinin həmin maddələri ilə (insan alveri) təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Nişanlı qızı çöllükdə oğlanla görüşdürdü, 13 yaşlı bacısını isə maşınında dəfələrlə... — Azərbaycanda ŞOK
Sabirabad rayonunda yetkinlik yaşına çatmayan qızı zorlamaqda təqsirli bilinən 1975-ci il təvəllüdlü Elşən Umudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb....