Yoldaşları təyyarə qəzasında həyatını itirən 13 yaşlı Məhəmmədəlini andılar
Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan 13 yaşlı Məhəmmədəli Eqanovun azyaşlı dostları onu anıblar.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb. Kadrlarda onun dostlarının və komanda yoldaşlarının onun üçün göz yaşı tökdüyü görüntülər əks olunub.
Xatırladaq ki, Məhəmmədəli Eqanov "Gənclik" futbol klubunda oyanyırmış. Onun ən böyük arzusu peşəkar futbolçu olmaq idi.
Məlumat üçün bildirək ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Oxşar xəbərlər
Gəncədə kişi özünü bıçaqladı
Gəncədə 54 yaşlı kişi bıçaq xəsarəti alıb. BAKU.WS "Unikal"a istinadla xəbər verir ki, hadisə şəhərin Bağman yaşayış massivində baş verib. Şəhər sakini, 1970-ci...