Təhlükəli manevrlər edən "Niva" sürücüsü maşını aşırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvanda 2 il əvvəl avtoxuliqanlıq edərək qəza törədən sürücüyə qarşı həmin dövrdə qanunamüvafiq tədbir görülüb.
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Naxçıvanda "VAZ 2121" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edilməsini əks etdirən görüntülər araşdırılıb.
Müəyyən edilib ki, qeyd olunan görüntülər 2 il əvvələ aiddir və həmin tarixdə sürücü barəsində qanunamüvafiq tədbir görülüb.
***15:17
Naxçıvanda avtoxuliqanlıq edən sürücü qəza törədib.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Videoda, "Niva" markalı avtomobilin sürücüsünün təhlükəli manevrlər edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozması və qəza törətməsi öz əksini tapır.
BAKU.WS-in əldə etdiyi məlumata görə görüntülər 2 il əvvəl baş verən qəzaya aiddir.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....