Yol polisi Vahid Mustafayevin şirkətinə cərimə protokolu yazdı

Yol polisi Vahid Mustafayevin şirkətinə cərimə protokolu yazdı
Hadisə 287

Dövlət Yol Polisi “VMF” şirkəti barədə inzibati protokol tərtib edib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən protokol Yasamal Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Azərbaycanda xarici istehsalçıların saat brendlərinin və aksesuarların satışı ilə məşğul olan “VMF” şirkətinin sahibi ANS Şirkətlər Qrupunun qurucusu Vahid Mustafayevdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər