Yol polisi Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
Polis "ANS” şirkətlər qrupunun rəhbəri Vahid Mustafayevin motosiklet karvanını saxlayıb, özünü isə digər yoldaşları ilə birlikdə 46 saylı avtobusla yola salıb.
BAKU.WS moderator.az-a istinadən xəbər verir ki, hadisə Nobel prospektində baş verib.
Polisin məlumatına görə, motosiklet karvanının saxlanmasına səbəb motosikletlərdə boğucu səslərin olması və magistralda düzgün hərəkət etməmələri olub.
Qeyd olunur ki, V.Mustafayevin motosiklet karvanı dünən yol qəzasında dünyasını dəyişən vəkil Toğrul Mirzəzadənin yas mərasiminə gedirmiş. Əraziyə çağırılan evakuatorlar vasitəsi ilə motosikletlər cərimə meydançasına aparılıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda motosikletin vurduğu piyada öldü (VİDEO)
Bakıda motosiklet sürücüsü qəza törədib. BAKU.WS-in "Report"a istinadən xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü R...