Yevlaxda yanğında ölənlərin sayı artdı: Daha bir nəfər həyatını itirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlaxda ötən gün baş verən yanğın hadisəsində daha bir nəfər həyatını itirib.
BAKU.WS APA-ya istinadən bildirir ki, yanıq xəsarətləri alan şəxslərdən biri, 58 yaşlı Kamran Mayıl oğlu Mehdiyev Bakı şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, Yevlax şəhərində 83 yaşlı Nərgiz Savalan qızı Mikayılovaya məxsus, şəhərin S.Vurğun küçəsi, bina 15/20 ünvanında yerləşən, ümumi sahəsi 80 kvadratmetr olan 4 otaqlı mənzilin 20 kvadratmetr sahəsi yanar konstruksiyaları və içərisindəki əşyaları ilə birlikdə yanıb.
Yanğın nəticəsində mənzilin sahibi və onun oğlu həlak olublar. Yevlax şəhər sakini, 60 yaşlı Yasəmən Mayıl qızı Vahabova isə yanıq xəsarətləri alıb.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....