Yevlaxda qadın “Vito”nun altında qalaraq öldü

05
iyn
2021
19:00
Yevlaxda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində avtovağzalın yanındakı 4 yolda qeydə alınıb.
Hadisə zamanı VAZ-2115 markalı avtomobillə “Mercedes-Vito” markalı avtomobil toqquşub. Gəncə istiqamətindən gələn “Mercedes-Vito” Yevlax şəhərindən çıxan VAZ-2115 avtomobili tərəfindən vurulub. Nəticədə “Vito” aşaraq bir neçə metr sürüklənib. Zərbə zamanı “Mercedes-Vito” avtomobilinin içində olan bir qadın sərnişin maşının altında qalaraq dünyasını dəyişib.
Qalereya
Oxşar xəbərlər
Kürdəmirdə dəhşətli qəza - 4 ölü, 6 yaralı - FOTO
Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir...
