Yevlaxda minik maşını ilə avtobus toqquşub
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlaxda "Niva" markalı minik maşını ilə avtobus toqquşub.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun Yevlax rayon Duzdağ qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
1974-cü il təvəllüdlü Söhrab Süleymanovun idarə etdiyi "Niva" markalı minik maşını, 1985-ci il təvəllüdlü Ramin Qarayevin idarə etdiyi avtobusla toqquşub. Hadisə nəticəsində minik maşınında olan sərnişin, 1977-cı il təvəllüdlü Yeganə Süleymanova xəsarət alaraq Yevlax rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu
Bakıda yerləşən 38 saylı poliklinikada rentgen kağızının elektrik "plitəsi" ilə qurudulub. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Vətəndaşın...