Yevlaxda güllə xəsarəti alan 64 yaşlı kişi öldü
18
iyn
2026
13:05
Yevlax rayonunda güllə xəsarətləri alan şəxs ölüb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, iyunun 17-si saat 20 radələrində Mingəçevir şəhər sakini 1962-ci il təvəllüdlü Əjdər Cuma oğlu Pirimov Əkşəm kəndinin ərazisində atasına məxsus evdə xəsarət alıb.
Onun ov tüfəngindən açılan atəşdən sonra ağır yaralandığı və qanaxmadan öldüyü bildirilib.
Hadisə yerindən Ə.Pirimova məxsus müvafiq sənədləri olan 1 ədəd "TOZ" markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Magistral yolda ayaqyalın hərəkət edən kişi TƏHLÜKƏ YARATDI
Sumqayıt şəhərində avtomobillərin hərəkəti üçün nəzərdə tutulan yolda orta yaşlı kişinin ayaqyalın şəkildə yolun ortası ilə hərəkət etməsi nəqliyyatın hərəkətin...