Yevlaxda evdə partlayış olub, xəsarət alan var

19
iyn
2020
23:38
Yevlax rayonunun Aşağı Bucaq kəndində ümumi sahəsi 126 m2 olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
BAKU.WS Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın nəticəsində evin lambirindən ibarət tavanı 15 kv.m sahədə yanıb. Partlayış dalğasının təsirindən evin giriş qapısı yerindən çıxıb.
Hadisə zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Oxşar xəbərlər
Yaşayış binasında partlayış
Şəkidə yaşayış binasında yanğın baş verib.Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə bildirilib. Verilən məlumata g...
