Yevlaxda azyaşlıya məcburi narkotik verilib?
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlaxda 12 yaşlı oğlana tanımadığı şəxs tərəfindən məcburi narkotik verilib.
Belə ki, bu iddianı azyaşlının anası Gülmirə Əliyeva irəli sürüb.
Onun sözlərinə görə, övladı mağazadan qayıdarkən uca boylu, qara geyimli şəxs əvvəlcə ona suallar verib, daha sonra isə ağzına nəsə sürtüb.
Bildirilib ki, ətrafdakılar uşağa yardım göstərdikdən sonra o, evə qayıdaraq baş verənləri valideynlərinə danışıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən qeyd edilib ki, hadisə barədə Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Daha ətraflı "Xəzər Xəbər"in süjetdə:
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...