Yevlaxda 13 yaşlı qardaşı qızını qaçıran kişi həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlaxda 13 yaşlı qızı qaçıran əmisi Elçin Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Qeyd edilib ki, faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3 (on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb.
E.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib, istintaq davam etdirilir.
Qeyd edək ki, dekabrın 13-də Yevlax rayon sakini İ.Mustafayev qızı Ə.M. və qardaşı Elçin Mustafayevin itkin düşməsi ilə bağlı Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib. RPŞ-də dərhal müvafiq tədbirlərə başlanılıb.
Polis əməkdaşları tərəfindən E.Mustafayevin qardaşı qızını Bakı şəhərinə apardığı müəyyənləşdirilib. Keçirilən tədbirlərlə onların qaldıqları yer aşkar olunaraq Yevlax RPŞ-nə gətiriliblər.
Oxşar xəbərlər
15 yaşlı qızı evlənmək adı ilə Novxanıdakı evinə apardı, dəfələrlə əlaqəyə girdi - ŞOK TƏFƏRRÜAT
Abşeron rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan 1999-cu il təvəllüdlü İlham Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi ba...