Yevlax-Bərdə avtomobil yolunda zəncirvari qəza baş verib - VİDEO
27
iyn
2021
10:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlax-Bərdə avtomobil yolunda zəncirvari avtoqəza olub, 4 maşın toqquşub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, iki rayon arasındakı magistral yolda baş verən avtoqəza zamanı "Kia", iki "Mercedes" markalı minik maşınları və bir "Mercedes" markalı kiçiktutumlu yük maşını toqquşub.
Nəticədə iki nəfər - 1971-ci il təvəllüdlü Bakı sakini Vəfa Mirzəyeva və 1988-ci il təvəllüdlü Bərdə rayon sakini Səməndər Səlimov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda cinsi əlaqədə olduğu qızın videosunu çəkdi və ...
Sumqayıtda cinsi əlaqədə olduğu qızı şantaj etməkdə təqsirli bilinən Ağdam sakini, 1991-ci il təvəllüdlü Elsevər Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi baş...