Yeni il günü çayxanada tanışını öldürən şəxsə hökm oxunub

Yeni il günü çayxanada tanışını öldürən şəxsə hökm oxunub
Hadisə 26

Bakıda qətl törətməkdə təqsirləndirilən Cavid Ataşzadəyə hökm oxunub və o, il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, polisə ötən il dekabrın 31-də saat 22 radələrində Binəqədi rayonu Mircəlal küçəsində yerləşən çay evlərinin birində Bakı şəhər sakini Fikrət Hüseynovun öldürülməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhər sakini C.Atəşzadənin münaqişə zəminində F.Hüseynovu kürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Atəşzadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Oxşar xəbərlər

Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT

Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT

Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...

2997 Hadisə 20:06 21 may 2022

Son xəbərlər