Yataqxanada yanğın: 2 nəfər tüstüdən zəhərləndi
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevir şəhərində beşmərtəbəli yataqxana binasında yanğın baş verib.
BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yataqxananın 4-cü mərtəbəsində ümumi sahəsi 15 m² olan otağın yanar konstruksiyaları 10 m² sahədə yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib, onlara hadisə yerində ilkin yardım göstərilib.
Otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Bakıda yaşayış binasında yanğın olub - Zərərçəkən var
Bakıda yaşayış binasında yanğın hadisəsi olub. BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2...