Yaşadığı evi tərk edən koronavirus xəstəsi saxlanıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabulda yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Hacıqabul rayonu Atbulaq kənd sakini Elgün Baxşəliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.
Lakin həmin şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib. Polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar aparılır.
Oxşar xəbərlər
Koronavirus xəstəsi barəsində araşdırmalara başlanılıb - FOTO
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadığı ünvanı tərk edən aktiv kor...