Bakıda binada qısaqapanma nəticəsində yanğın baş verib - YENİLƏNİB - VİDEO

Bakıda binada qısaqapanma nəticəsində yanğın baş verib - YENİLƏNİB - VİDEO
Video
Hadisə 561

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən binada qısaqapanma nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəsarət alan yoxdur, bina zədə görməyib.

***17:36

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi yaxınlığında güclü partlayış səsi eşidilib.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

İlkin məlumata görə, hadisə yaşayış binalarından birində qeydıə alınıb.

Sözügedən görüntüləri təqdim edirik:

Son xəbərlər