Yasamalda gecə saatlarında qanunsuz tikinti aparılır - FOTO/VİDEO

Yasamalda gecə saatlarında qanunsuz tikinti aparılır - FOTO/VİDEO
Foto Video
Hadisə 379

Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520 məhəllə adlanan ərazidə yaşayan sakinlər narazıdırlar.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

İddia edilir ki, ərazidə gecə saatlarında qanunsuz olaraq tikinti işləri həyata keçirilir. Bu səbəbdən də binada çatlar əmələ gəlib:

"Binanın ikinci mərtəbəsindən çölə qapı açırlar. Hər yeri də dağıdıb töküblər. Artıq binamız çat verir".

Məsələ ilə bağlı, Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirildi ki, sözügedən halla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər