Yasamalda ananın uşaqları ilə birgə intihar cəhdi ilə bağlı növbəti AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Kütləvi informasiya vasitələrində Yasamal rayon ərazisində yaşayan ananın 2017-ci il təvəllüdlü və 2019-cu il təvəllüdlü uşaqlarını yaşadıqları binanın 4-cü mərtəbəsində olan mənzilin yataq otağındakı pəncərədən qısa zaman ardıcıllığı ilə yerə atması, daha sonra isə özünü də həmin yerdən ataraq intihara cəhd etməsi ilə bağlı məlumat öz əksini tapıb. Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal nəzarətə götürülüb.
BAKU.WS Komitəyə istinadən xəbər verir ki, Yasamal Rayon Prokurorluğu və yerli İcra hakimiyyəti ilə əlaqə saxlanılaraq ailənin vəziyyəti araşdırılıb və məlum olub ki, ailənin böyük övladı hadisə vaxtı evdə olub. Bu gün azyaşlı və onun atası ilə Komitənin məsul əməkdaşı və Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin zorakılığa məruz qalmış uşaq və gənclər sosial reabilitasiya mərkəzinin psixoloqunun iştirakı ilə görüş keçirilib. Görüşün nəticəsi olaraq belə qənaətə gəlinib ki, azyaşlının bir müddət psixoloji reabilitasiya keçməyə ehtiyacı var və bu fəaliyyətin davamlılığı təmin olunacaq.
Komitə məsələni diqqətdə saxlayır.
Oxşar xəbərlər
Arvadını kənddə qonşu kişi ilə tutdu və ... - Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ
Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publik...