Yas mərasimində faciə: 1 nəfər ölüb, 26 nəfər xəsarət alıb - TƏFƏRRÜAT - VİDEO

24
noy
2023
08:09
Bərdədə yas mərasimində döşəmənin çökməsi 1 nəfərin ölümü, 26 nəfərin xəsarət alması ilə nəticələnib.
Bədbəxt hadisə Bərdənin Yenidaşkənd kəndində baş verib.
Yas mərasiminə gələn qadınlar evin ikinci mərtəbəsindəki otaqlardan birində toplaşıblar. Ağırlığa dözməyən döşəmə də qəfildən çöküb.
Hadisə zamanı xəsarət alan 65 yaşlı Sarıtel Məmmədova dünyasını dəyişib. 26 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bərdədəki faciənin TƏFƏRRÜATI: “Qadınların çoxu qorxudan huşunu itirmişdi” - YENİLƏNİB + FOTO/VİDEO
“Xəsarət alanlar arasında vəziyyəti ağır olan yoxdur, bir nəfər kənd sakini ölüb”. Bu barədə Oxu.Az-a Bərdədə yas mərasimi keçirilən evin döşəməsinin çökməsi il...
