Yarım tondan çox narkotik vasitə becərən şəxslər saxlanılıb - FOTO

Yarım tondan çox narkotik vasitə becərən şəxslər saxlanılıb - FOTO
Hadisə 255

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat zamanı 39 yaşlı paytaxt sakini Səmədov Mehman Səməd oğlu və onun tanışı, 31 yaşlı Xanmirzəyev Ceyhun Əhməd oğlu saxlanılıblar.

BAKU.WS xəbər verir ki, əməliyyat-axtarış tədbirləri zamanı Mehman Səmədova məxsus Quba rayonundakı həyətyanı sahəyə baxış keçirilib.

Oradan xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, hündürlüyü 5 sm-dən 245 sm-dək olan və yaş halda ümumi çəkisi 501 kq-dan çox 1235 ədəd narkotik tərkibli çətənə kolları və onun şitilləri, eyni zamanda, 15 kq-dan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb.

Keçirilən əməliyyatla hər iki şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı CM-nin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Yarım tondan çox narkotik vasitə becərən şəxslər saxlanılıb - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər