Yardımlıda torpaq sürüşməsi olub, yolda hərəkət çətinləşib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Nəticədə yolun hərəkət zolağının 55 metr hissəsi yararsız hala düşüb. Bu da magistralda avtomobillərin və piyadaların hərəkətini çətinləşdirib. Torpaq sürüşməsi zamanı ərazidəki istinad divarları ilə yanaşı piyada səkiləri də tamamilə dağılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, dağılmış istinad divarları və iri torpaq layları ərazidən keçən qaz xəttinin üzərinə tökülüb. Sakinlərin sözlərinə görə, kəmərlərdə qaz sızması yaransa da, sonradan aradan qaldırılıb.
Yolun hərəkət zolağının qısalması bəzi hallarda qəza riski yaradır.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Xamiyev bildirib ki, məsələ ilə bağlı müvafiq dövlət qurumları məlumatlandırılıb. Yaxın günlərdə sözügedən ərazidə təmir-bərpa işlərinə başlanacaq.
Torpaq sürüşməsinə son günlər rayon ərazisində davam edən intensiv yağıntıların səbəb olduğu bildirilir.
Qalereya
Oxşar xəbərlər
Sabiq MTN zabiti kürəkənini güllələdi - Bakıdakı qətlin ŞOK TƏFƏRRÜATLARI - FOTO
CİNAYƏT İŞİ Qısa arayış... 2020-ci ilin dekabrın 12-də Bakının Mərdəkan qəsəbəsindəki bağ evlərinin birində qətl hadisəsinin baş verməsi barədə polisə məlumat d...