Lerikdə torpaq sürüşməsi nəticəsində 10-a yaxın ev qəzalı vəziyyətə düşüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Lerikdə yaşayış evləri torpaq sürüşməsinə məruz qalıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Lerikin ən ucqar dağ kəndlərindən biri olan Veri Əliabadı kəndində torpaq sürüşməsi nəticəsində 10-a yaxın ev qəzalı vəziyyətə düşüb. Əsasən çay boyunca 1 km-ə yaxın ərazidə iki ilə yaxındır ki, sürüşmə aktivləşib. Son zamanlar yağıntıların çox olması torpaqda aşınma prosesini sürətləndirib. Bu da kənddə yaşayan ailələrin çoxunu haqlı olaraq narahat edir.
Veri Əliabadı kəndi dəniz səviyyəsindən təxminən 160 m hündürlükdə yerləşir. Burada 80-ə yaxın ev var. Torpaq sürüşməsi nəticəsində ümumilikdə 20-dən çox tikilidə irili-xırdalı çatlar yaranıb.
Kənd icra nümayəndəsi Allahverən Məmmədov APA-ya bildirib ki, aidiyyəti orqanlara məsələ ilə bağlı məlumat verilib: “Sürüşmə və qəzalı evlərlə bağlı vətəndaşlar tərəfindən mənə müraciət olunub. Mən də gəlib yerində araşdırma aparmışam. Bu barədə akt tərtib edib, Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasına təqdim etmişəm. Qurum tərəfindən də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə müraciətlər olunub. FHN və ETSN-dən mütəxəssislər gəlib yerində araşdırma aparıblar, sənədlər tərtib edibər. Biz də bu barədə vətəndaşlara qəzalı evlər haqqında məlumat vermişik, rəsmi şəkildə məktub da yazmışam ki, müvəqqəti olaraq evlərini tərk edib, qohumlarının yanında yaşasınlar“.
Evlərinin hər an uçmaq təhlükəsi olan kənd sakinləri tezliklə aidiyyəti qurumlar tərəfindən müəyyən tədbirlərin görülməsinə ümid edirlər.
Qalereya
Oxşar xəbərlər
Cinlərə qonaqlıq verən ana-bala falçı həbs edildi — TƏFƏRRÜAT
Falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova küllü miqdarda dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.Məşhur ana-b...