Yardımlıda qar çətinliklər yaratdı - İşıq, yol və internet yoxdur
Yardımlı rayonunun Şıxlar kəndinə yağan intensiv qar həyatı iflic edib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, artıq üç gündür ki, kənddə elektrik enerjisi, internet və avtomobil yolu yoxdur. Nəticədə rayon faktiki olaraq digər bölgələrlə əlaqəsini itirib.
Yerli sakinlərin verdiyi məlumata görə, elektrik enerjisinin kəsilməsi xüsusilə yaşlılar və uşaqlar üçün vəziyyəti daha da ağırlaşdırıb. Mobil rabitənin və internetin olmaması səbəbindən əhali yaxınları ilə əlaqə saxlaya bilmir.
"Kamçatkaya 2 metr qar yağıb, bizə isə azca yağan kimi vəziyyət pisləşir. Ordan fərqli olaraq bizdə 3 gündür işıq, internet və yol yoxdur", - deyə vətəndaş vurğulayıb.
Oxşar xəbərlər
15 ildən sonra doğulan nəvəsinə ad günü məclisi keçirməyə yığışıblarmış - Dəhşətli qəzanın yeni TƏFƏRRÜATI
"Beş nəfəri artıq dəfn etmişik. Bu, sözün bitdiyi yerdir, nə deyəcəyimizi bilmirik. Həqiqətən də, sözün qurtardığı yerdir. Belə bir faciədir". Zərdabda baş verm...