“Yaponçik” Bakıda tutuldu

“Yaponçik” Bakıda tutuldu
Hadisə 1473
Bakıda “Yaponçik” adı ilə tanınan kriminal avtoritet saxlanılıb.BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat verilib.Sentyabrın 11-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları əvvəllər oğurluqda şübhəli bilinən 1982-ci il təvəllüdlü Həsənli Rauf Orxan oğlunu saxlayıblar.Onun idarə etdiyi “KİA” markalı avtomobilin baqaj hissəsində aparılan axtarış zamanı 1 kiloqram 100 qram marixuana aşkar edilib.Bundan əlavə, saxlanılan şəxsin üstündə də narkotik aşkarlanıb. Narkotikin satış üçün nəzərdə tutulduğu bildirilir.Hazırda saxlanılan şəxsin başqa cinayətlərdə iştirakının olub-olmadığı müəyyənləşdirilir.Qeyd edək ki, R.Həsənli özünü 2009-cu il oktyabrın 9-da sui-qəsd nəticəsində həyatını itirən Moskvadakı mütəşəkkil cinayətkar qrupun lideri, kriminal aləmin “qanuni oğrusu” Vyaçeslav İvankov (Yaponçik) əfsanəsinə bənzədir.Əvvəldən “Yapon” olaraq tanınan cinayətkar (gözləri qıyıq olduğuna görə belə deyilib), sonradan “Yaponçik” adlandırılıb.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yaponçikin varisinin boğazını kəsdilər - VİDEO

Yaponçikin varisinin boğazını kəsdilər - VİDEO

Nüfuzlu "qanuni oğru" kimi tanınan Aleksey Petrov Ukraynada evinin qarşısında öldürülüb. BAKU.WS xəbər verir ki, "Petrik" və "Lenya xitrıy" ləqəbi ilə tanınan k...

10638 Video 16:51 02 avqust 2019

Son xəbərlər