Yanğında həlak olan Samir Məhəmmədovun ölümündən öncəki SƏSYAZISI
Bir neçə gün əvvəl Yasamalda baş verən və üç nəfərin ölümü, 27 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı mübahisələr davam edir.
Sakinlər faciəyə görə binadakı obyektin sahibi və icarədarını - "Loft" restoranının rəhbərliyini günahlandırırlar. Əlbəttə, kimin günahkar olduğu hüquq-mühafizə orqanlarının araşdırmasından sonra üzə çıxacaq.
BAKU.WS xəbər verir ki, bununla belə, yanğında həlak olan binanın komendantı Samir Məhəmmədov hadisədən bir müddət öncə, noyabrın 11-i Bakupost.az-a müraciət edərək, zirzəminin qanunsuz satıldığını və həmin sahədə "Loft" restoranının saxta sənədlərlə fəaliyyət göstərdiyini bildirib, müxtəlif sənədlər təqdim edibmiş. Lakin qarşı tərəflərlə əlaqə saxlamaq cəhdləri baş tutmadığı üçün materialın yayılması yubanıb. Artıq faciəli hadisədən sonra bütün tərəflərin mövqeyi mediada işıqlandırılıb.
Samir Məhəmmədovun səsyazısını təqdim edirik:
Oxşar xəbərlər
Mingəçevirdə Kanada vətəndaşının meyiti tapıldı
Kanada vətəndaşı Mingəçevirdə ölü tapılıb. BAKU.WS unikal-a istinadən xəbər verir ki, hadisə Müslüm Maqomayev prospektində yerləşən evlərdən birində baş verib....