Yanan yük maşını söndürülən zaman partlayış oldu - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə gecə saatlarında Naxçıvan-Culfa magistral avtomobil yolunun Babək rayon ərasizindən keçən hisəsində "Foton" markalı yük avtomobilində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, dərhal Naxçıvan şəhər və Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək qarşısı alınıb.
Hadisə nəticəsində yük avtomobilin qoşqusun şinləri və üzərində olan yükün bir qismi yanıb.
Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğının söndürülməsi zaman partlayış qeydə alınıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Hadisə anına dair kadrları təqdim edirik:
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....