Yağış Bakıda böyük problemlər yaratdı

Ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraiti Bakının Binəqədi rayonunda bir sıra fəsadlar törədib.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə qəsəbənin ayrı-ayrı ərazilərindən məlumat daxil olub.
Bildirilib ki, Binəqədi şosesi 53 ünvanının yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisi yağış suları altında qalıb. Ərazidə avtomobillərin hərəkəti xeyli çətinləşib, bəzilərinin içinə su dolub.
Oxşar vəziyyət Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsində də müşahidə edilib. Burada da yağış suları nəqliyyatın hərəkətinə təsir edib.

Bundan başqa, rayonun birinci mədən adlanan ərazisində də yağış suları süni gölməçələr yaradıb. Bu da xüsusilə məktəbə gedən şagirdlər, azyaşlılar üçün problemə səbəb olub.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
"Haber Global"da Yekaterinburqdakı azərbaycanlılara qarşı hücumla bağlı süjet yayımlayıb
Türkiyənin "Haber Global" telekanalında Rusiyanın Yekaterinburq şəhərində yaşayan azərbaycanlılara qarşı hücumla bağlı süjet yayımlanıb. BAKU.WS xəbər verir ki,...
