Yad cisim udan 4 aylıq körpə belə xilas edildi - FOTO
Sumqayıtda yad cisim udan 4 aylıq körpə xilas ediib.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Elnur Hidayətoglu məlumat yayıb.
Bildirib ki, yad cisim Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Təcili yardım şöbəsində körpənin orqanizmindən çıxarılaraq onun həyatı xilas edilib.
Körpə xəstəxanaya yeni çatdırılan zaman ona həzm yolunda yad cisim diaqnozu qoyulub və dərhal əməliyyat edilib. Əməliyyatı uğurla başa çatan körpə zəruri tibbi xidmətlərdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Hazırda onun vəziyyəti stabildir.
Oxşar xəbərlər
Sumqayıtda ananın imtina etdiyi körpənin ölüm səbəbi açıqlanıb - YENİLƏNİB-2 - RƏSMİ
Bu il aprelin 20-də Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə 1990-cı il təvəllüdlü vətəndaş tərəfindən qeysəriyyə kəsiyi əməliyya...