“Ya Qarabağ, Ya Ölüm”ün müəllifi dünyasını dəyişdi - VİDEO,FOTO

“Ya Qarabağ, Ya Ölüm”ün müəllifi dünyasını dəyişdi - VİDEO,FOTO
Video
Hadisə 935
Türk dünyasının tanınmış sənətçisi, məşhur “Ya Qarabağ, ya ölüm!” şeirinin müəllifi Ozan Arif vəfat edib.BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun zamandır qırtlaq xərcəngi xəstəliyindən əziyyət çəkən milliyətçi şair ömrünün 69-cu ilində müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, O.Arif 1949-cu il iyulun 10-da Türkiyənin Giresun əyalətinin Alucra rayonunun Yüksələn kəndində anadan olub. 24 sentyabr 1980-ci ildən 5 noyabr 1991-ci ilədək Almaniyada yaşayıb.Milliyətçi şair Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, Dağlıq Qarabağın və ətraf rayonların işğalına biganə qalmamışdı. Onun ölümü milliyətçiləri çox sarsıdıb.Allah rəhmət etsin!Zülfiyyə QurbanovaBAKU.WS

Oxşar xəbərlər

Məşhur türk aktrisası Ayşen Qruda vəfat etdi

Məşhur türk aktrisası Ayşen Qruda vəfat etdi

Türk teatr və kino aktrisası Ayşen Qruda 74 yaşında dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, bir müddətdir reanimasiyada olan aktrisa bu gün vəfat edib. Məşhu...

1449 Şou-biznes 17:00 23 yanvar 2019

Son xəbərlər