Xocalıda iki nəfər minaya düşdü

22
iyl
2021
10:57
İyulun 21-də saat 23 radələrində 2 nəfər şəxsin Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xocalı Rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, araşdırmalarla həmin ərazidə tikinti işləri aparan şirkətin əməkdaşları Tahir Mahmudov və Yasin Mehralıyevin piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.
Hazırda faktla bağlı Xocalı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Füzulidə 2 nəfərin minaya düşməsi ilə bağlı cinayət işi başlanılıb
İyulun 8-də 2 nəfər şəxsin Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Füzuli rayon...