Xızıda qadın qohumunu öldürməkdə şübhəli bilinən şəxs saxılanılıb

Xızıda qadın qohumunu öldürməkdə şübhəli bilinən şəxs saxılanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Xızı rayon prokurorluğu məlumat yayıb.
Mayın 13-ü saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə şübhəli şəxs qismində saxlanılan Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.
İbtidai istintaq davam edir.
Oxşar xəbərlər
Ana 15 yaşlı qızını kişi ilə tutdu: "Yataq otağında..." - Təfərrüat
Abşeron rayonunda 15 yaşlı qıza qarşı əxlaqsız hərəkətlərdə ittiham olunan Neftçala rayon sakini, 1986-cı il təvəllüdlü Taleh Bağırovun cinayət işi üzrə məhkəmə...
