Xızıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib
10
may
2026
16:02
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xızı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, 1982-ci il təvəllüdlü Bayramov Şahin Mustafa oğlunun sükanı arxasında olduğu "Jeep" markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu
Bakıda yerləşən 38 saylı poliklinikada rentgen kağızının elektrik "plitəsi" ilə qurudulub. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Vətəndaşın...