Xızıda güclü yanğın - FHN hadisə yerində
Yeniliklərdən dərhal xəbərdar olun
Xızı rayonunda yanğın davam edir.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Xızı rayon İcra Hakimiyyətindən bildiriblər. Yanğın rayonun Dizəvər kəndində baş verir. Qeyd olunub ki, həmin ərazi qeyri-yaşayış sahəsidir:
"Yanğının demək olar, çox hissəsinin qarşısı alınıb və tam söndürülməkdə davam edir. Hazırda FHN əməkdaşları ərazidədirlər və o cümlədən kənd nümayəndələri də ora cəlb olunublar.
Qonşu rayonlardan da yanğının qarşısını almaq üçün kömək çağırılıb. Hadisə olan ərazi qeyri-yaşayış sahəsidir, yanan hissə kol-kosdur, amma meşəyə yaxın yerdədir".
Oxşar xəbərlər
Ceyranbatandakı yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-3
Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri (FHN) tərəfindən saat 16:49-da söndürül...