Xırdalanda motosiklet avtomobillə toqquşub, maşındakı uşaq yaralanıb
25
may
2024
09:07
Abşeron rayonunda 5 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
BAKU.WS xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, motosiklet qarşı tərəfdən gələn minik avtomobililə toqquşub. Avtomobildə olan sərnişin 2019-cu il təvəllüdlü M.Quliyev xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Altı nəfərin öldüyü dəhşətli qəzanın TƏFƏRRÜATI: Toydan qayıdırlarmış - FOTO/VİDEO - YENİLƏNİB - 3
Naxçıvanda iki minik avtomobili toqquşub, nəticədə 6 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb. Ağır yol-nəqliyyat hadisəsi gecə Naxçıvanın Kəngərli rayonunda baş v...