Xırdalandakı yanğına görə binada yaşayan 45 sakin təxliyə edilib

Xırdalanda iaşə obyektində baş vermiş yanğınla bağlı binada yaşayan 45 sakin təxliyə edilib.
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
Bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 500 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli restoranın yanar konstruksiyaları və restorana bitişik ümumi sahəsi 860 m² olan birmərtəbəli fitnes klubun dam örtüyünün taxta atmaları 65 m² sahədə yanıb.
Fitnes klubun böyük hissəsi, əraziyə bitişik altımərtəbəli yaşayış binası və ümumi sahəsi 2400 m² olan müxtəlif təyinatlı obyektlər yanğından mühafizə edilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasından ümumilikdə 45 nəfər sakin təxliyə olunub.
***05:29
Xırdalanda iaşə obyektində yanğın baş verib.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğının mürəkkəbliyinə və ərazidə şəxsi avtomobillərin nizamsız park edilməsi səbəbindən yanğınsöndürən texnikaların yanğın yerinə, o cümlədən yanğın su hovuzuna sərbəst yaxınlaşmasında yaranan çətinliyə baxmayaraq, yanğından mühafizə bölmələrinin peşəkarlığı sayəsində yaxınlıqdakı obyektlər, o cümlədən yaşayış binası yanğından mühafizə edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının sakinləri təxliyə ediliblər.
"Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən iaşə obyektində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb", – FHN-in məlumatında qeyd olunub.
Qeyd edək ki, yanğın hadisəsinin AAF Park yaşayış kompleksinin ərazisindəki "Faxralı" restoranında qeydə alındığı bildirilir.
Qalereya
Oxşar xəbərlər
Ötən ay 18 aptekdə yoxlama aparılıb, 3-də nöqsan aşkarlanıb
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) fevral ayında 18 aptekdə yoxlama aparıb. BAKU.WS xəbər verir ki, bu barədə AEM məlumat yayıb. Qeyd olunub k...
