Xırdalanda ər arvadını bıçaqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunda qadın bıçaqlanıb, əri şübhəli bilinir.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə mayın 2-də rayonun Xırdalan şəhəri, B.Səfəroğlu küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində qeydə alınıb.
Belə ki, həmin evdə kirayədə yaşayan 1991-ci il təvəllüdlü R.Kərimovaya əri, 1987-ci il təvəllüdlü Ş.Kərimov tərəfindən bıçaqla sol kürək nahiyəsinə, sol döş qəfəsinə və qarın boşluğuna daxilə nüfuz edən kəsilmiş-deşilmiş xəsarətlər yetirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Bakıda oğul bayram günü atasını döyə-döyə öldürdü - TƏFƏRRÜAT + FOTO
2021-ci il martın 22-də Buzovna qəsəbəsi, Dəmir Yolu küçəsində 1954-cü il təvəllüdlü Ramiz Kərimov vəfat edir. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşla...