Xırdalanda bir nəfəri aldadıb 20 mindən çox pulunu aldılar

Xırdalanda bir nəfəri aldadıb 20 mindən çox pulunu aldılar
Hadisə 0

Abşeron sakininə qarşı külli miqdarda dələduzluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, faktla əlaqədar Abşeron rayon Polis İdarəsinin əməkdaşları əməliyyat tədbiri keçiriblər.

Nəticədə iyulun 9-da Xırdalan şəhər sakini olan bir nəfəri aldadaraq dələduzluq yolu ilə bank hesabına 23500 manat ödətdirməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini E.Rəhimzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər