Xırdalanda binada yanğın olub: 23 nəfər təxliyə edilib
Xırdalanda binada yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yeddimərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın yayılmasına, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 23 nəfər bina sakini təxliyə olunub.
Yanğın nəticəsində 2 ədəd elektrik lövhəsi və şaxtadan keçən elektrik naqilləri 6p.m. yanıb.
Mənzillər və şaxtadan keçən elektrik naqillərinin böyük hissəsi yanğından mühafizə olunub.
Xəsarət alan yoxdur.
Qalereya
Oxşar xəbərlər
Astarada 17 yaşlı qız toy gecəsi ölüb - Hamilə imiş...
Astarada dünən toyu olan 17 yaşlı qız ölüb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, Astara rayon sakini 2008-ci il təvəllüdlü Ə.İ. dünən Deqədi kəndində şadlıq...