Xırdalanda bıçaqlanan ata və oğulun son durumu açıqlandı - YENİLƏNİB

Xırdalanda bıçaqlanan ata və oğlunun vəziyyəti açıqlanıb.
Abşeron Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən xəbərə görə, noyabrın 23-də saat 00:30 radələrində bıçaqlanma səbəbilə iki vətəndaş xəstəxanaya yerləşdirilib. Hər iki şəxsə zəruri tibbi xidmətlər göstərilib. 1967-ci il təvəllüdlü (kişi cinsli) pasiyentə sağ budun orta 1/3-nin deşilmiş, kəsilmiş yarası, 1995-ci il təvəllüdlü (kişi cinsli) pasiyentə sol kürək nahiyəsinin plevra boşluğunu dəlib keçən deşilmiş, kəsilmiş yara, pnevmotoraks diaqnozu qoyulub.
1967-ci il təvəllüdlü pasiyent ambulator müalicə üçün evə buraxılıb, 1995-ci il təvəllüdlü şəxs isə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
***10:34
Xırdalan şəhərində ata və oğul bıçaqlanıb, saxlanılan var.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, noyabrın 23-də gecə saatlarında Xırdalan şəhərində ata və oğluna kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Ramal Zamanov saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Binəqədi rayonunda baş verən yanğında 6 nəfər xəsarət alıb - RƏSMİ
Bu gün saat 20:03 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən...