Xilasedicilərimiz Türkiyədə zəlzələdən 120 saat sonra möcüzəyə imza atdılar - FOTO

Xilasedicilərimiz Türkiyədə zəlzələdən 120 saat sonra möcüzəyə imza atdılar - FOTO
Foto
Hadisə 245

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

BAKU.WS xəbər verir ki, azərbaycanlı xilasedicilər tərəfindən şəhər ərazisində yerləşən binaların birinin dağıntıları altında aşkarlanan Fatma adlı qadın sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə FHN məlumat yayıb.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər