Xəzər sahilindən qanunsuz qum daşınır: Dəmiryolu xətti üçün ciddi TƏHLÜKƏ - VİDEO

Xəzər sahilindən qanunsuz qum daşınır: Dəmiryolu xətti üçün ciddi TƏHLÜKƏ - VİDEO
Video
Hadisə 114

Astara rayonunda dənizin geri çəkilən hissəsindən qanunsuz şəkildə qum daşınır.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu iddia ilə Astara sakini sosial şəbəkə hesabında görüntülər paylaşıb və aidiyyəti qurumlara müraciət edib.

Görüntülərdə əks olunur ki, Xəzər dənizinin sahil hissəsində suyun çəkilməsindən sonra sahildə qazıntı işləri aparılıb. Sakinlər hər gün müəyyən vaxtlarda yük avtomobillərinin əraziyə gəldiyini, dənizin qumunun daşındığını qeyd ediblər. Videodan göründüyü kimi sahildə xəndəklər qazılıb. Proses nəticəsində dəniz kənarında istirahət üçün əlverişli şəraitin məhv edildiyi bildirilib.

Üstəlik dənizin sahili Astaradan keçən dəmiryolu xəttinə yaxın olduğuna görə, qumun daşınması xəttə də təhlükə yarada bilər.

Astara sakininin bölüşdüyü görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər