Xəzər dənizində itkin düşən və içərisində uşaqlar olan qayıq kimsəsiz adada tapılıb - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər dənizində itkin düşən qayıq Tüleniy adasının ərazisində tapılıb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə TASS-a Rusiya Dəniz və Çay Nəqliyyatı Federal Agentliyindən (Rosmorreçflot) məlumat verilib.
İdarə qayıqda yeddi nəfərin olduğunu təsdiqləyib. Qayığın sərnişinləri arasında üç uşaq olub. Onların ən kiçiyi səkkiz aylıqdır.
Qeyd edək ki, Volqoqraddan Mahaçqalaya gedən qayığın itməsi barədə sentyabrın 5-də məlumat verilmişdi.
Tüleniy – Dağıstana məxsus kimsəsiz adadır. 20-ci əsrin birinci yarısında orada balıq fabriki fəaliyyət göstərib və qəsəbə salınıb.
Lakin Xəzər dənizinin səviyyəsinin yüksəlməsi və balıq ehtiyatlarının azalması səbəbindən oradakı yaşayış məntəqəsi ləğv olunub.
Oxşar xəbərlər
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşdü - YENİLƏNİB - VİDEO
Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyy...