Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturu pilotsuz katerlərin hücumu nəticəsində zədələnib
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sisteminin dəniz terminalı noyabrın 29-i səhər saatlarında pilotsuz katerlərin hücumu nəticəsində zədələnib.
BAKU.WS xəbər verir ki, bu barədə konsorsiumun mətbuat xidməti məlumat yayıb.
"Bu gün Moskva vaxtı ilə saat 04:06-da (Bakı vaxtı ilə 05:06-da - red.) konsorsiumun dəniz terminalının akvatoriyasında pilotsuz katerlərin məqsədyönlü hücumu nəticəsində ikinci səyyar yanalma qurğusu ciddi zədələnib. Yükləmə və digər əməliyyatlar dayandırılıb, tankerlər CPC akvatoriyasından kənara çıxarılıb", - məlumatda qeyd olunur.
Konsorsiumun işçiləri və podratçılar arasında xəsarət alanlar yoxdur.//Report
Oxşar xəbərlər
"Pərviz Abubəkirovun ali təhsili yoxdur, diplomu saxtadır" - Qənirə Ataşovadan həmkarına sərt ittihamlar
"Azərbaycan səhiyyəsi daha bir diplomsuz rəhbərdən xilas oldu. Pərviz Abubəkirov uzun illər tutduğu Səhiyyə Nazirliyinin mətbuat katibi vəzifəsindən ayrıldı. Bu...