Xətai rayonunda qaydaları kobud şəkildə pozan sürücülər məsuliyyətə cəlb edilib

Xətai rayonunda qaydaları kobud şəkildə pozan sürücülər məsuliyyətə cəlb edilib
Foto
Hadisə 204

Xətai rayonunda qaydaları kobud şəkildə pozan sürücülər məsuliyyətə cəlb edilib.

BAKU.WS xəbər verir ki, Bakı Şəhər DYP İdarəsinin məlumatına əsasən, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı avtoxuliqanlıq etməklə digər hərəkət iştirakçılarına təhlükə yaradan, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən və digər kobud qayda pozuntusu törədən 6 sürücü müəyyən olunaraq saxlanılıb.

Avtoxuliqanlıq edən "Hyundai" markalı, 77-US-937 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə onun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Həmçinin "Vaz21214" markalı, 77-YG-901, "Ravon" markalı, 77-FK-726", "Vaz21214" markalı, 99-HO-110, "Vaz21214" markalı, 43-BF-108 və "Opel" markalı, 77-PU-258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sürücüləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər həyata keçirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

58 yaşlı kişini maşın vurub öldürdü

58 yaşlı kişini maşın vurub öldürdü

Şəkidə piyada ölümü ilə nəticələnən qəza baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində Şəki şəhəri ərazisində Arif Səli...

33 Hadisə 17:50 07 noyabr 2026

Son xəbərlər